Türk malları, Azərbaycan bazarı və yeni rəqabət: Ermənistan üçün fürsət, yoxsa risk?- ÖZƏL
15:21 Siyasət"Ermənistan-Azərbaycan birbaşa ticarətinin açılması ilk mərhələdə enerji, kənd təsərrüfatı məhsulları, tikinti materialları və qida sənayesi kimi sektorları canlandıra biləcəkdir. Bu sahələrdə hər iki ölkə də mövcud resurslar və istehsal qabiliyyətinə malikdir. Ticarətin başlanması bu sektorlarda xərclər azaldaraq rəqabət qabiliyyətinin artıracaq.
Ermənistan iqtisadiyyatı bu açılışdan əhəmiyyətli dividend qaza biləcəkdir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Birinci olaraq, Azərbaycana kənd məhsulları, mineral sərvətləri və aşağı dəyərli əmtəə ixrac edərək yeni gəlir mənbəyi yaratacaq. İkinci olaraq, Azərbaycan bazarından rəqabətli qiymətdə xammal və aralıq məhsullar əldə edəcəkdir ki, bu da yerli istehsalı ucuz edəcək. Üçüncü olaraq, tranzit ticarətdən kənar qalmaqdan çıxış tapacaq və bölgənin iqtisadi şəbəkəsinə birbaşa daxil olacaq.
Türk mallarının Ermənistan bazarlarında mövcud olması isə İrəvan üçün həm çağırış, həm də fürsət yaradır. Çağırış baxımından yerli istehsalçılar daha güclü rəqabətlə üzləşəcəkdir. Türk firmaları mövcud iş təcrübəsi və qiymət üstünlüyü ilə Ermənistan bazarında dominant mövqe tutmaq adeysində daha da güçlənəcəkdir. Fürsət baxımından isə Ermənistan fərqləndirici məhsul, keyfiyyət və xidmət yolu ilə məşhur ola biləcəkdir. Türk rəqabətinə cavab vermək üçün yüksəktexnoloji istehsal və inovativ sahələrə yönəlməsi lazımdır.
Hər halda bu ticarət açılışı Ermənistan iqtisadiyyatının struktural dəyişməsi ilə üzləşəcəkdir. Qısa müddətdə çətin olsa da, uzun müddətdə beynəlmiləl bazarlara inteqrasiya, kadr inkişafı və texnoloji yenilənmə imkanları yaranacaq. Müdafiə və strategiya sınaqdan keçəcəkdir".
Zeynəb Mustafazadə