Qlobal Cənub QHT Platformasının strukturu və fəaliyyətini müəyyənləşdirən çərçivə sənədi təsdiq olunub

Bakıda keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının I Baş Assambleyasında təşkilatın institusional strukturu və əsas fəaliyyət mexanizmlərinin təsbit olunduğu çərçivə sənədi qəbul edilib.

Olaylar.az xəbər verir ki, sənəd aparılan işlərin yekununda iştirakçı təşkilatlar tərəfindən razılaşdırılıb və platformanın idarəetmə sistemini, eləcə də fəaliyyət prinsiplərini tənzimləyən əsas normativ akt kimi rəsmi şəkildə təsdiqlənib.

Qəbul edilmiş qərar çərçivəsində baş katibin və baş katib müavinlərinin təyinatları da təsdiqlənib. Onlar müəyyən edilmiş qayda və prosedurlara uyğun olaraq öz vəzifələrinin icrasına başlayacaqlar.

Bildirilib ki, işçi qruplarına yaxın aylarda platformanın fəaliyyətə tam başlaması üçün zəruri olan praktiki əməliyyat mexanizmlərini hazırlamaq və işə salmaq tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31