Bakıda Qlobal Cənub QHT Platformasına baş katib seçilib

Fuad Kərimli Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının baş katibi seçilib.

Olaylar.az xəbər verir ki, bu barədə mayın 14-də "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində paytaxtda keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasının gedişində elan olunub.

Eyni zamanda regional istiqamətlər üzrə baş katibə dörd müavin seçilib.

Baş katib təşkilata beş il ərzində rəhbərlik edəcək, müavinlər isə müvafiq regional istiqamətlərə nəzarət edəcəklər.

Qeyd edək ki, tədbirdə Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını təmsil edən 114 ölkədən QHT nümayəndələri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31