Qlobal Cənub şəbəkəsi BMT tərəfindən effektiv həllərin nümunəvi platforması kimi tanınıb - Ramil İsgəndərli

Qlobal Cənub şəbəkəsi BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi tərəfindən effektiv həllərin nümunəvi platforması kimi tanınıb.

Olaylar xəbər verir ki, bunu Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.

"Bu, artan beynəlxalq diqqət və etimadın parlaq göstəricisidir. Eyni zamanda, bu uğur Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci məqsədini - qlobal tərəfdaşlıq fəlsəfəsini birbaşa əks etdirir",- deyə o qeyd edib.

R. İsgəndərli bildirib ki, Qlobal Cənub şəbəkəsi vətəndaş cəmiyyətinin mühüm və dayanıqlı irslərindən biri kimi qiymətləndirilir. Şəbəkə artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınıb:

"Biz London, Bonn, Nayrobi, Əddis-Əbəbə və nəhayət Bakı kimi şəhərlərdə keçirilən bir çox qlobal və regional tədbirlərdə iştirak edərək öz təcrübəmizi bölüşmüşük".

Ramil İsgəndərlinin sözlərinə görə, yerli QHT-lərin beynəlxalq əməkdaşlığa təşviq edilməsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təcrübəsi gələcək fəaliyyət üçün möhkəm əsasdır. Qlobal Cənub əməkdaşlığına göstərilən maliyyə dəstəyi gələcəyə yönəlmiş mühüm siqnaldır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31