Hörmüz boğazının qapanması Avropada yanacaq qıtlığına və iqtisadi böhrana səbəb ola bilər – ÖZƏL
15:17 SiyasətOlaylar.az xəbər verir ki, Niderlandın "Rabobank" bankının araşdırmasına görə, Hörmüz boğazının ilin sonuna qədər bağlı qalması Avropada kerosin, nafta və mazut qıtlığını qaçılmaz edəcək. ABŞ və İsrailin İrana qarşı hərbi addımları nəticəsində bloklanan bu strateji marşrut dünya neft və qaz bazarlarında qiymət artımına, tədarük zəncirində isə ciddi qırılmalara yol açıb.
Təhlillər göstərir ki, may ayının sonuna qədər fiziki qıtlıq gözlənilməsə də, prosesin uzanması aviasiya, logistika və aqrosənaye sektorlarına ağır zərbə vuracaq. Xüsusilə Niderland kimi ölkələrdə ticarət şərtlərinin pisləşməsi, inflyasiyanın yüksəlməsi və real gəlirlərin azalması kimi ciddi iqtisadi fəsadlar proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31