Tayland hakimiyyəti vizasız rejimin qısaldılması ilə bağlı razılığa gəlib- ÖZƏL

Tayland hakimiyyəti Rusiya da daxil olmaqla 90-dan çox ölkənin vətəndaşları üçün vizasız səyahət müddətinin 60 gündən 30 günə endirilməsi barədə razılığa gəlib. Olaylar.az xəbər verir ki, bu barədə " The Nation" qəzeti məlumat yayıb .
Nəşrin məlumatına görə, kabinet bu məsələni gələn həftə nəzərdən keçirəcək. Taylandın Turizm və İdman nazirinin qeyd etdiyi kimi, bütün qurumlar "qonaqların çox uzun müddət qalmasına icazə verilməsinin turizm məqsədləri ilə ziddiyyət təşkil etdiyini və Taylandı cinayətkar fəaliyyətlər üçün istismar etmək niyyətində olan cinayətkarlar üçün boşluq yaratdığı" barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31