Avropanın şəngülüm siyasətbazlarının boşboğazlıqları- ÖZƏL
14:37 Siyasət"Cənab Prezidentin Zəngəzurdan verdiyi mesajlar həm də avropalı siyasətbazlara bir müntəxəbat kitabı kimi dərs vəsaiti olmalıdır. Siz Cənubi Qafqazda necə sülh yaranmasını dəstəkləyirsiniz ki, Ermənistanda toplaşmanızın ərəfəsində sizin deputatlarınız Avropa İttifaqında Azərbbaycan əleyhinə qərarlar qəbul edirlər, Azərbaycana şərt irəli sürürlər, Azərbaycanın daxiıi işlərinə qarışırlar. Axı hər kəs yaxşı bilir ki, bölgədə sülhü yaradan da, təmin edən də, sülhün şərtlərini müəyyən edən də Azərbaycandır, Azərbaycanın Prezidentidir!" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib: "Avropanın şəngülüm siyasətbazlarının boşboğazlıqlarını isə bir klassik erməni misalı ilə müqayisə etmək olar: Qoy desinlır ki, Xaçaturun da xəncıri var!
Siyasi böhran bataqlığında boğulan Avropanın ən düşük siyasətçisi yəqin ki, Emnanuel Makrondur. O Makron ki, uzun illər açıq-aydın Azərbaycanın və Türkiyənin əleyinə mövqe nümayiş etdirməklə bölgədə ziddiyəti və düşmınçiıiyi artıran bəyanatlar verib, qərarlar qəbul edib. İndi isə sülh göyərçini olub, Ermənistandan Türkiyəyə sərhəd qapısından ilk keçən siyasi lider kimi adını tarixə yazdırmaq istəyir. Burada istər- istəməz ölməz Üzeyir bəyin " O olmasın bu olsun" filmindəki bazar səhnəsi adamın yadına düşür və Makronun qulağından tutub demək istəyirsən ki,- "Ay keçi, bu kişmiş ehsan deyil ee"!
Bəli, sülh müqaviləsi də imzalanacaq, yollar da, sərhədlər də açılacaq! Ancaq sülh qatarının ilk sərnişinləri bölgədə sülhün və əməkdaşlığın müəllifləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan olacaqdır!
Cənab Prezidentin Zəngilanda söylədiyi bir fikir dünya birliyində xalqımızın yerini və nüfuzunu dəqiq müəyyən edir: "Bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi". Bəli, Azərbaycan xalqı, qurucu xalqdır, mədəni xalqdır, heç bir dövlətin ərazisini işğal etmək fikrimiz yoxdur. Bizə müharibə lazım deyil, biz istədiyimizə nail olmuşuq"