Qazaxıstanda seçki maliyyələşməsinə sərt məhdudiyyətlər planlaşdırılır- ÖZƏL
11:56 SiyasətQazaxıstanda seçki namizədlərinin yalnız rəsmi seçki fondları hesabına maliyyələşməsi ilə bağlı yeni məhdudiyyətlər nəzərdə tutulur. Olaylar.az xəbər verir ki, parlamentin aşağı palatası-Məclis deputatları seçki qanunvericiliyinə dəyişiklikləri birinci oxunuşda təsdiqləyiblər.
Dəyişikliklərə əsasən, namizədlərin əlavə maliyyə və ya maddi yardım qəbul etməsi qadağan ediləcək və bu qaydanın pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Fiziki şəxslər üçün 230 dollardan yuxarı, hüquqi şəxslər üçün isə 510 dollardan yuxarı cərimələr nəzərdə tutulur.
Eyni zamanda, onlayn platformalarda seçki təbliğatı qaydalarının pozulması, sorğu nəticələrinin və proqnozların qanunsuz yayılması da məsuliyyət yaradacaq.
Qanun layihəsi üzərində parlamentdə işlər davam etdirilir.