Beynəlxalq tədbirlərə diqqət və məsuliyyətli yanaşmanın nümunəsi- ÖZƏL

"Cənab Prezident İlham Əliyevin WUF13 - Ümumdünya Şəhərsalma Forumuna hazırlıq işləri ilə şəxsən tanış olması Azərbaycanda həyata keçirilən hər bir beynəlxalq layihəyə göstərilən yüksək diqqətin və məsuliyyətli yanaşmanın nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Mayın 17-22-də Bakıda keçiriləcək bu mötəbər forum ölkəmizin beynəlxalq nüfuzunun, müasir şəhərsalma siyasətinin və dayanıqlı inkişaf sahəsində qazandığı uğurların dünyaya təqdimatıdır. Artıq 180 ölkədən on minlərlə iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində rekord göstəricilərdən biri kimi Azərbaycanın artan etimadını və qlobal əhəmiyyətini bir daha təsdiqləyir.
Hazırlıq prosesində hər detalın diqqətlə nəzərdən keçirilməsi dövlətimizin işə peşəkar və sistemli yanaşmasının göstəricisidir. Əminik ki, Bakı WUF13-ə ən yüksək səviyyədə ev sahibliyi edəcək və forum ölkəmizin beynəlxalq əməkdaşlıq, şəhərsalma və innovativ inkişaf sahəsində yeni uğurlarına töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31