Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib (FOTO)
12 May 22:25 SiyasətMayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31