Azərbaycan və Yunanıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirildi

12 may tarixində Afina şəhərində Azərbaycan Respublikası və Yunanıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

 

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib.

Görüş çərçivəsində Azərbaycan və Yunanıstan arasında mövcud olan siyasi dialoqun hazırkı vəziyyəti ətraflı nəzərdən keçirilib, mütəmadi olaraq müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

 

Məsləhətləşmələr zamanı həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində, o cümlədən Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əlaqələrin inkişafına dair perspektivlər müzakirə edilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində təmasların və əməkdaşlığın davam etdirilməsi ilə bağlı məmnunluq ifadə olunub.

 

Görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31