Sülh strategiyası və media məsuliyyəti dəyirmi masada müzakirə olunub
16:32 SiyasətOlaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi-nin təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ekspertlər və müxtəlif qurum nümayəndələri çıxış edərək regionda artan gərginlik fonunda sülh gündəliyinin əhəmiyyəti, informasiya təhlükəsizliyi və medianın üzərinə düşən məsuliyyət barədə fikirlərini bölüşüblər. Çıxışlarda sülhün beynəlxalq müstəvidə düzgün təqdim olunmasının vacibliyi vurğulanıb.
Natiq Məmmədli çıxışında vurğulayıb ki, Azərbaycan mediasının əsas missiyalarından biri sülhün və doğru informasiyanın dünyaya düzgün şəkildə çatdırılmasıdır. O deyib:
"Çıxışımızın əvvəlində də qeyd etdik ki, Azərbaycan mediası sülhü dünyaya çatdırmalı, doğru xəbərləri yaymalıdır. İnsanlara düzgün məlumatın verilməsi, sülh hekayələrimizin və reallığın bacarıqla təqdim olunması vacibdir."
Daha sonra tədbirdə sual-cavab sessiyası başlayıb. Ekspertlər və nümayəndələr iştirakçıların suallarını cavablandıraraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Zeynəb Mustafazadə