Rizvan Hüseynov: Fransanın neokolonial siyasəti Cənubi Qafqazda da hiss olunur ÖZƏL

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada Fransanın regiondakı siyasəti və geosiyasi proseslər müzakirə olunub.
Olaylar.az xəbər verir ki, tədbirdə çıxış edən tarixçi və siyasi analitik Rizvan Hüseynov bildirib ki, neokolonializm bu gün yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik alətləri vasitəsilə həyata keçirilən siyasətə çevrilib. Onun sözlərinə görə, Fransa müstəmləkəçilik ənənələrini yeni formada davam etdirir və bu siyasət xüsusilə Şimali Afrika regionunda maliyyə təsiri, güc amili və siyasi idarəetmə mexanizmləri üzərində qurulub.
Rizvan Hüseynov qeyd edib ki, qlobal güc balansında baş verən dəyişikliklər Fransanın fəaliyyət dairəsini genişləndirib və Cənubi Qafqaz da bu siyasətin hədəflərindən birinə çevrilib. O bildirib ki, regionda yaranan geosiyasi boşluqlardan istifadə etməyə çalışan qüvvələr Ermənistanı müəyyən məqsədlər üçün ön plana çıxarmağa çalışırlar.
Tarixçi vurğulayıb ki, Azərbaycan regionda güclü mövqeyini qoruyur. O əlavə edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri ölkənin regional liderliyini daha da möhkəmləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31