Fariz İsmayılzadə: Azərbaycan bölgədə sülhün əsas təşəbbüskarına çevrilib- ÖZƏL
15:31 SiyasətAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə millət vəkilləri, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Millət vəkili Fariz İsmayılzadə çıxışı zamanı bildirib ki, regionda artan gərginlik fonunda Azərbaycanın sülh çağırışları xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Deputat qeyd edib ki, yaxın günlərdə Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlərdən biri- Ümumdünya Şəhərsalma Forumu keçiriləcək və ölkə bu platformada öz təcrübələrini dünya ilə bölüşəcək. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri Azərbaycanın uğurlu inkişaf modelinin göstəricisidir.
Çıxış zamanı regionda baş verən siyasi proseslərə də toxunulub. Qeyd edilib ki, Ermənistanda gözlənilən parlament seçkiləri regionun gələcək siyasi mənzərəsinə təsir edə bilər və yeni Ermənistanın formalaşması prosesi diqqətlə izlənilir.
Tədbirdə vurğulanıb ki, Azərbaycan postmünaqişə dövründə sülh gündəliyini ardıcıl şəkildə təşviq edən əsas tərəf kimi çıxış edir.
Zeynəb Mustafazadə