Zülfüqarov: “Beynəlxalq təşkilatlar münaqişəni həll etmədi” ÖZƏL
15:27 SiyasətAzərbaycanın sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq torpaqlarını işğaldan azad edib.
Olaylar.az xəbər verir ki, o, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Azərbaycanın münaqişənin ilk dövrlərində beynəlxalq qurumların ədalətli mövqe sərgiləyəcəyinə ümid etdiyini deyib.
T.Zülfüqarov vurğulayıb ki, rəsmi Bakı uzun illər beynəlxalq təşkilatların vasitəçiliyi ilə problemin həllinə çalışsa da, proseslər gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, beynəlxalq platformalarda münaqişənin həllindən çox, onun nəzarətdə saxlanılması siyasəti müşahidə olunub.
Siyasi şərhçi qeyd edib ki, işğal dövründə Azərbaycan ərazilərində ağır cinayətlər törədilsə də, Ermənistana qarşı ciddi təzyiq mexanizmləri tətbiq edilməyib. Əksinə, müxtəlif dairələrin siyasi və maliyyə dəstəyi nəticəsində işğal siyasəti uzun müddət davam etdirilib.
Zeynəb Mustafazadə