İran Hörmüzdən Ərəbistan monarxiyalarına təzyiq göstərmək üçün istifadə etməməlidir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib ki, İran Hörmüz boğazından Fars körfəzinin ərəb dövlətlərinə qarşı təzyiq və ya şantaj vasitəsi kimi istifadə etməməlidir. O, Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, "Gəmiçilik azadlığı və Hörmüz boğazındakı vəziyyətlə bağlı davam edən atışmalar vəziyyətin yaxşılaşdırılmasına xidmət etmir. İran bu boğazdan Fars körfəzi ölkələrinə təzyiq göstərmək və ya şantaj etmək üçün silah kimi istifadə etməməlidir".
Qətər Baş naziri vurğuladı ki, Hörmüz boğazı "həmişə qorunmalı" beynəlxalq nəqliyyat dəhlizidir. "Hörmüz boğazında indi baş verənlər təkrarlanmamalıdır. Hər kəsə aydın olmalıdır ki, bu cür hərəkətlərin mənfi nəticələri olacaq", - Şeyx Məhəmməd qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31