Türkiyədən Ermənistana ixracda yeni mərhələ: Gömrük sənədlərində dəyişiklik – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin öz ixrac sənədlərində Ermənistanı rəsmi olaraq "alıcı ölkə" kimi qeyd etməyə başlayacağını bəyan edib. Paşinyan xarici işlər naziri Ararat Mirzoyanla müzakirə olunan "türklər açır" ifadəsinə aydınlıq gətirərək bildirib ki, bu yenilik malların fiziki olaraq birbaşa daşınması deyil, yalnız sənədləşmə proseduru ilə bağlıdır. Əvvəlki qaydalara əsasən, Türkiyə qanunvericiliyində Ermənistan son alıcı siyahısında olmadığı üçün mallar üçüncü ölkə üzərindən rəsmiləşdirilirdi. Yeni qayda ilə Türkiyə artıq ixrac sənədlərində Ermənistanın adını birbaşa qeyd edəcək ki, bu da ticarət dövriyyəsinin rəsmiləşdirilməsində önəmli texniki addım hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31