Ararat Mirzoyan: “Ermənistanın gələcəyi ilə bağlı qərarları xalq verəcək” – ÖZƏL
14:06 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında Baş nazir Nikol Paşinyana dediyi "türklər açır" ifadəsinə aydınlıq gətirərək, söhbətin Ermənistan-Türkiyə sərhədinin açılmasından getmədiyini bildirib.
Nazir detalları açıqlamasa da, söhbətin "yaxşı yeniliklərdən" getdiyini və vaxtı çatanda ictimaiyyətə məlumat veriləcəyini qeyd edib. Ermənistanın Avropa istəklərinə də toxunan Mirzoyan vurğulayıb ki, ölkənin gələcək taleyini və xarici siyasət kursunu yalnız Ermənistan vətəndaşları müəyyən edəcək. O, qanunvericiliyə uyğun olaraq vacib məsələlərin referendum yolu ilə həll ediləcəyini, digər qərarların isə müvafiq qaydada qəbul olunacağını bildirərək, xalqın iradəsinin həlledici olduğunu diqqətə çatdırıb.