Finlandiya XİN: Gürcü xalqı azad gələcəyə layiqdir, lakin… – ÖZƏL
13:10 SiyasətOlaylar.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Brüsseldə keçirilən Aİ XİN rəhbərlərinin görüşü öncəsi Gürcüstandakı vəziyyətlə bağlı kəskin bəyanatlarla çıxış edib. O, Gürcüstan ərazilərinin 2008-ci ildən bəri Rusiya işğalı altında olduğunu xatırladaraq, gürcü xalqının azad və müstəqil gələcəyə layiq olduğunu vurğulayıb.
Valtonen təəssüflə qeyd edib ki, hazırkı Gürcüstan hökuməti xalqın bu azadlıq istəyini lazımi səviyyədə təmsil etmir. Finlandiyalı nazir Avropa İttifaqının gürcü xalqını dəstəklədiyini bildirərək, rəsmi Tbilisini ölkənin suverenliyini qorumaq üçün daha fəal addımlar atmağa və öz ərazisində Rusiyanın mövcudluğuna qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31