"Birlik Qanadları" partiyası: "Nə keçmiş, nə də indiki hakimiyyətlə əlaqəmiz yoxdur" – ÖZƏL
12:34 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Birlik Qanadları" partiyasının namizədləri David Ananyan və Arman Tatoyan Dilican şəhərində keçirilən seçki təşviqatı zamanı öz siyasi mövqelərini bəyan ediblər. Keçmiş Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan Respublikaçılar Partiyası ilə əlaqələri barədə iddiaları "absurd" adlandıraraq, əvvəlki dövrlərdəki fəaliyyətlərinin yalnız peşəkar xidmət olduğunu vurğulayıb. O, indiki hakimiyyətin yenidən seçilməsinin dövlətin sonu olacağını və ölkəyə 300 min azərbaycanlının köçürülməsi ilə milli ideologiyanın itiriləcəyini iddia edib. (?)
Siyahının lideri Arman Tatoyan isə partiyanın heç bir xarici gücdən və ya son 35 ildə hakimiyyətdə olmuş qüvvələrdən asılı olmadığını bildirib. Tatoyan qeyd edib ki, onların əsas məqsədi heç bir tərəfə xidmət etməyən, yalnız Ermənistanın milli maraqlarını mərkəzə qoyan yeni bir hakimiyyət formalaşdırmaqdır.