Moskva: Qərb Gürcüstanı Rusiyaya qarşı "ikinci cəbhə" açmağa məcbur edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqin TASS-a müsahibəsində bildirib ki, Rəsmi Tbilisi 2022-ci ildən bəri Qərbin Rusiyaya qarşı "ikinci cəbhə" açmaq tələbləri ilə üzləşdiyini artıq açıq şəkildə etiraf edib. 

Kaluqinin sözlərinə görə, Cənubi Qafqaz regionu Qərb üçün yad bir məkandır və onların buradakı məqsədləri quruculuq deyil, Rusiyaya qarşı yönəlmiş destruktiv geosiyasi oyunlardan ibarətdir. Rusiya tərəfi Gürcüstanı "təbii tərəfdaş" adlandıraraq, Tbilisi ilə əməkdaşlığı inkişaf etdirməyə və praktiki məsələləri konstruktiv şəkildə həll etməyə hazır olduğunu bəyan edib. 

Moskva ümid edir ki, Gürcüstan rəhbərliyi milli maraqları üstün tutaraq ölkənin Rusiya ilə qarşıdurmaya sürüklənməsinə imkan verməyəcək. Eyni zamanda, regionda sabitliyin təmin olunması üçün Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin bərpası istiqamətində beynəlxalq müzakirələrin davam etdirildiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31