Ümummilli Liderin başladığı işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir- Spiker
11:27 Siyasət"Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ciddi təhdidlərlə qarşı- qarşıya qalmışdı. Belə şəraitdə Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsi ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib: "Onun rəhbərliyi ilə dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradıldı. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildi. Ümummilli Liderin başladığı işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilib. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Ordusunun qüdrəti nəticəsində tarixi ədalət bərpa olundu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Bir məqamı hər zaman qürurla vurğulayırıq ki, Ulu Öndər Azərbaycana parlamentin sədri kimi qayıtmışdı. Onun ideyası daim yaşayır və yaşayacaq".