ÜST rəhbəri "MV Hondiusdan" təxliyə olunanlar üçün 42 günlük karantin tövsiyə edib

Andes hantavirusunun yayıldığı "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq etmələri tövsiyə olunur.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Tövsiyələrimiz birmənalıdır: 10 may tarixindən etibarən 42 günlük aktiv müşahidə, yəni 42 günlük karantin tətbiq olunmalıdır və karantin həm xüsusi müəssisədə, həm də ev şəraitində keçirilə bilər", - deyə o, Kanar adalarında lövbər salan "MV Hondius" gəmisinin sərnişinlərinin təxliyəsinin ilk gününün sonunda bildirib.

Qebreyesus vurğulayıb ki, ÜST üzv ölkələrə tövsiyələrini təqdim edir, lakin tətbiq etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31