Estoniyada strateji infrastruktura dron düşüb
13:43 SiyasətEstoniyada Rusiyaya məxsus pilotsuz uçuş aparatı Auverdə yerləşən elektrik stansiyasının bacasına çırpılıb.
Olaylar.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
"Əlimizdə olan məlumatlara görə, dronun hədəfi Estoniya olmayıb. Hazırda ilkin araşdırma aparılıb, istintaq nəticəsində hadisənin daha dəqiq təfərrüatları müəyyən ediləcək", - Estoniyanın baş prokuroru Astrid Asi bildirib.
İnsident nəticəsində heç kimin xəsarət almadığı, pilotsuz uçuş aparatının isə Rusiyanın hava məkanından daxil olduğu bildirilir.
Qeyd edək ki, Auver elektrik stansiyasın Estoniyanın şimal-şərq bölgəsində Rusiya sərhədi yaxınlığında yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31