Stubb Rusiyanın NATO-ya hücumu ilə bağlı iddiaları “süni səs-küy” adlandırıb- ÖZƏL 

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynadakı münaqişədən sonra Rusiyanın NATO ölkələrinə qarşı mümkün təcavüzü ilə bağlı səsləndirilən iddiaları şişirdilmiş və əsassız hesab etdiyini bildirib. Olaylar.az xəbər verir ki, Stubb bu fikirləri Foreign Affairs jurnalına verdiyi müsahibədə səsləndirib. O qeyd edib ki, bu cür iddialar əsasən Rusiyanın geosiyasi və hərbi strategiyasını dərindən anlamayan siyasətçilər tərəfindən gündəmə gətirilir.
"Bu məni narahat etmir. Əlbəttə, biz müxtəlif ssenarilərə hazırıq, lakin bu mövzu ətrafında həddindən artıq səs-küy var. Adətən bu səs-küy Rusiyanın geosiyasi və ya hərbi strategiyası barədə dərin anlayışı olmayan insanlar tərəfindən yaradılır", - deyə Finlandiya prezidenti vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31