Avropa Şurası Gürcüstandan xarici müdaxiləyə qarşı təcrübəsini bölüşməyi xahiş edib – ÖZƏL

Avropa Şurası Gürcüstandan xarici müdaxiləyə qarşı mübarizə sahəsindəki təcrübəsini bölüşməyi xahiş edib. 

Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komitəsinin sədri Levan Mahaşvili məlumat verib.

Onun sözlərinə görə, Avropa Şurası Gürcüstanın bu istiqamətdə formalaşdırdığı təcrübə, qanunvericilik bazası, atılan addımlar və qəbul olunmuş qərimlərlə maraqlanıb və artıq müvafiq materiallar quruma təqdim edilib.

"Mümkündür demək ki, buzlar əriməyə başlayıb. Nəhayət, Avropa Şurası xarici müdaxilənin real problem olduğunu etiraf edib. Bu, ayrı-ayrı siyasi proseslərin diktə etdiyi süni mövzu deyil, təkcə Gürcüstanın yox, Avropa Şurasına üzv bütün ölkələrin üzləşdiyi real çağırışdır. Digər dövlətlərin manipulyasiya, dezinformasiya və digər üsullarla birbaşa müdaxiləsi artıq təsdiqlənmiş faktdır", - deyə Mahaşvili bildirib.

O qeyd edib ki, Avropa Şurası üzv ölkələrdə mövcud vəziyyəti öyrənməyi və həm konstitusiya quruluşuna hörmət edən, həm də insan hüquqlarının müdafiəsi standartlarına uyğun mexanizmlər təklif etməyi planlaşdırır. Məhz bu kontekstdə Gürcüstanın təcrübəsinə maraq göstərilib.

Levan Mahaşvilinin sözlərinə görə, xarici müdaxilə problemləri sabotajdan tutmuş seçkilərə təsir cəhdlərinədək geniş spektri əhatə edir və Gürcüstan bu sahədə topladığı bütün təcrübəni Avropa Şurasına təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31