Humanitar təmaslar uzunmüddətli sülh üçün sosial zəmin yaradır- ÖZƏL
12:09 Siyasət"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü regionda sülh prosesinə dair mühüm hadisə kimi dəyərləndirildi. Görüş zamanı tərəflər Vaşinqton Sülh Sammitinin nəticələrinin icrası istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirdilər". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini Xəyalə Novruzova deyib: "Görüşdə ikitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı və tranzit yüklərin Azərbaycan ərazisindən daşınması kimi məsələlərdən məmnunluq ifadə olundu. Bu addımlar normallaşma prosesinin real nəticələr verdiyini göstərən mühüm göstəricilər kimi təqdim edildi.Tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini dəstəkləyərək etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğuladılar. Bu cür humanitar təmaslar uzunmüddətli sülh üçün sosial zəmin yaradır. Azərbaycan regionda sülhə aparan yolun xəritəsini məhz özü müəyyənləşdirib. Əbu-Dabidə və Vaşinqtonda keçirilən görüşlər bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini və ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirir".