Azərbaycan–BƏƏ tərəfdaşlığının gələcək perspektivləri ümidvericidir- ÖZƏL

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qurulan strateji tərəfdaşlıq qarşıdakı illərdə daha geniş miqyas alacağı gözlənilir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi əlaqələrin artması və enerji sahəsində irimiqyaslı layihələr bu münasibətlərin əsas dayaqlarıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının əməkdaşı Nəzirə Məmmədli deyib: "Qaradağ Günəş Elektrik Stansiyası kimi layihələr tərəflərin yaşıl enerji gündəliyində ortaq mövqedən çıxış etdiyini sübut edir. Eyni zamanda, "Cənub Qaz Dəhlizi" üzrə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da möhkəmləndirir.
Hərbi sahədə keçirilən birgə təlimlər, müdafiə sahəsində imzalanan sənədlər təhlükəsizlik əməkdaşlığının institusional əsaslarını gücləndirir. Bu, regionda sabitliyin qorunmasına yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsidir.
 Azərbaycan-BƏƏ münasibətləri qarşılıqlı maraqlar üzərində qurulmuş möhkəm tərəfdaşlıq modelidir. Gələcəkdə bu əlaqələrin yeni sahələri əhatə edərək daha da genişlənəcəyi gözlənilir və iki ölkə arasında əməkdaşlıq region üçün mühüm nümunə kimi çıxış edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31