Prezident İlham Əliyevə nüfuzlu mükafat: Azərbaycan-BƏƏ münasibətlərində yeni səhifə- ÖZƏL
16:50 SiyasətBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən mərasimdə "Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycan Prezidenti İlham Əliyevə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim olunub.Bu mükafatın Prezident İlham Əliyevə təqdim olunması Azərbaycanın beynəlxalq humanitar və siyasi imicinə hansı mesajı verir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycanla ərəb, İslam ölkələri arasında münasibətlər yüksək səviyyədədir və hər gün, hər müddətdə artan templə davam edir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin, dövlət başçısı kimi fəaliyyəti və siyasi-diplomatik məharəti nəticəsində biz bu məqamlara, mərhələyə gəlib çatmışıq. Qarşılıqlı səfərlər, görüşlər və münasibətlər hər dəfə yeni bir uğurlu mərhələyə daşınır.
Bu mükafatın təqdim olunması da böyük beynəlxalq diqqət qazandı. Dünya liderləri, dövlət və hökumət başçıları Azərbaycan Prezidentini təbrik etdilər. Bu, Prezident İlham Əliyevin dövlət başçısı, siyasi lider və mahir diplomat kimi fəaliyyətinə beynəlxalq səviyyədə verilən qiymətdir. Azərbaycanın beynəlxalq aləmdə qəbul olunan hörmətinin, imicinin göstəricisidir. Bu, qlobal bir oyunçu kimi Azərbaycana olan münasibətdir- həm ərəb ölkələri, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də onların rəhbərliyi tərəfindən. Nüfuzlu bir mükafatdır və dövlət başçısının belə bir mükafata layiq görülməsi təqdir olunan bir haldır. Buna qədər də Azərbaycan Prezidenti dəfələrlə ölkə daxilində və beynəlxalq səviyyədə müxtəlif mükafatlar almışdır. Bu, həmin nüfuzlu mükafatlardan biridir. Prezident İlham Əliyevin titanik siyasi-diplomatik məharətinə verilən qiymətdir".
Zeynəb Mustafazadə