Azərbaycan–BƏƏ münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi - ÖZƏL

"Son illərdə Azərbaycanın xarici siyasətində ərəb dünyası ilə münasibətlərin genişləndirilməsi mühüm istiqamətlərdən birinə çevrilib. Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin intensivləşməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin bu ölkəyə səfərləri, eləcə də BƏƏ Prezidentinin Azərbaycana rəsmi gəlişi ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini nümayiş etdirir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Füzuli Beynəlxalq Hava Limanında qarşılanması və Şuşada keçirilən yüksək səviyyəli görüşlər Qarabağın artıq beynəlxalq diplomatik məkana çevrildiyini bir daha təsdiqlədi". "Olaylar"ın məlumatına görə, bunu Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, "Qabaqcıl təhsil işçisi",  YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri Rəsmiyyə Məmmədova deyib: "Şuşada iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri zamanı mühüm sənədlər imzalandı. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-BƏƏ əlaqələrinin gələcək yol xəritəsi kimi dəyərləndirildi. Bu sənəd siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin inkişafı üçün möhkəm əsas yaratdı.
Fevralın 2-də Prezident İlham Əliyevin Əbu-Dabiyə etdiyi işgüzar səfər də bu münasibətlərin davamlı xarakter daşıdığını göstərdi. Dövlət başçısı BƏƏ Prezidenti və Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı qeyd edildi.
 Azərbaycan-BƏƏ münasibətləri qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır. Bu əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli şəkildə inkişaf edir. Onun sözlərinə görə, imzalanmış sənədlər və aparılan siyasi dialoq tərəfdaşlığı daha da gücləndirəcək və yeni əməkdaşlıq istiqamətlərinin açılmasına xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31