Əbu-Dabi görüşü- Yekun Sülh Sazışinə doğru real addım- ÖZƏL

Əbu-Dabi görüşü ötən ilin 8 avqustunda Vaşinqtonda razılaşdırılmış yol xəritəsi xarakterli sülh gündəliyinin nəzərdə tutulan çərçivədə və istiqamətlərdə icrasına münasibətdə tərəflərin siyasi iradə nümayış etdirməkdə qərarlı və davamlı olduqlarının və bu əsasda prosesin geridönməz mərhələyə keçdiyinin nümayişidir. Bu görüş -Yekun Sülh Sazışinə doğru çox zəruri bir real addımdır.Ona görə də beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallşmasna doğru atılan hər bir addım kimi,Əbu-Dabi görüşünün nəticələrini də dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən və əməkdaşlığın genişləndirilməsinə xidmət edən konsrtuktiv bir görüş kimi  dəyərləndirib,alqışladı.
        Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.Əbu-Dabi görüşü keçən ilin 8 avqustunda baş tutan,tarixi,geopolitik və s. əhəmiyyəti və gözləntilərinə  görə dünyada böyük rezonansa səbəb olan Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmarın  əhəmiyyətini dünyaya bir daha nümayiş etdirdi. Bu kontekstdə Əbu-Dabi görüşü ötən ilin 8 avqustunda Vaşinqtonda razılaşdırılmış yol xəritəsi xarakterli sülh gündəliyinin nəzərdə tutulat çərçivədə və istiqamətlərdə  icrasına münasibətdə tərəflərin siyasi iradə nümayış etdirməkdə qərarlı və davamlı olduqlarının və bu əsasda prosesin geridönməz mərhələyə keçdiyinin nümayişidir.
        Görüş zamanı tərəflər keçən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə  və əldə edilən razılaşmalarla beş il bundan əvvəl hərb meydanında və iki il bundan əvvəl antiterror əməliyyatı zamanı tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atmış oldu.Vaşinqton göründə sülh sazişı paraflandı;kommunikasiyaların açılması,eləcə də Zəhgəzur dəhlizi ilə bağlı razılaşma əldə edildi və ABŞ Prezidentinin iştirakı,şahidliyi  və imzası ilə rəsmiləşdi. 
        Əbu-Dabi görüşündə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh gündəliyinin mühüm istiqamətləri  kimi TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə etdilər.
       Görüş zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd edilib.Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını xüsusi qeyd ediblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri alqışlanıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi qeyd olunub.       Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər. 
      Vaşinqton Sülh Sammitinin nəticələrinin reallaşdırılmasının məntiqi davamı və nəticəsi kimi Əbu-Dabi görüşündə dünya ictimaiyyətinə yönəldilən əsas mesajlardan ən əsası bu oldu ki,Azərbaycan-Ermənistan sülh danışıqlarının gündəmində artıq Qarabağ yox, Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmarın praktiki addımlarla tamamlanması, normallaşma prosesinin sürətləndirilməsi,sülh şəraitində yaşamağın öyrənilməsi, tranzit, ticarət və sair məsələlərdir.Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni situasiyada, Cənubi Qafqazda güc balansı bizim xeyrimizə dəyişib və ölkəmiz bu regionda gedən prosesləri aparan aktora çevrilib. Bu həm də regionumuzun inkişaf vektorunun dayanıqlı sülhə, sabitliyə,tərəqqiyə doğru dəyişmsi üçün də yaxşı şans yaranıb. Zəngəzur dəhlizin açılması bu işə həlledici tarixi təkan verə bilər.Görüş zamanı gündəmdə əsas yer tutan nəqliyyat xətlərinin açılması Zəngəzur dəhlizi, Orta Dəhliz təkcə Azərbaycan və  Ermənistan üçün yox,həm də regionumuz,eləcə də qlobal anlamda  böyük strateji əhəmiyyət kəsb edir. 
      Prosesin sözügedən  əsaslarda  yeni müstəviyə-sülh və əməkdaşlıq müstəvisinə keçməsi Qarabağ müharibəsi  üzərindən məkrli siyasət quranların bu yöndəki kitablarını bağlayır,manevr imkanlarını aradan qaldırır;revanşist dairələri zəiflədir; regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açır. Bu kontekstdə Əbu-Dabi görüşü bədxahların Azərbaycan-Ermənistan sülh gündəliyinə  mane olmaq imkanlarını aradan qaldıran mexanizm,eləcə də  Birləşmiş Ərəb Əmirliyi və ona yaxın mövqedə olan ölkələrin bizim regionda sülh prosesinə dəstəyi kimi də  mühüm əhəmiyyət kəsb edir.
       Azərbaycan və Ermənistan liderlərinin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilmələri Əbu-Dabi görüşünə xüsusi məna verdi və həmin mərasimdə dost və qardaş ölkələrn rəhbərlərinin,digər xadimlərin  lauryatlara videomüraciətləri, xeyir-duaları  isə mərasimə xüsusi rəng qatdı.Butün bunlar  sadəcə, siyasi və diplomatik jest deyil,Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən tarixi bir nailiyyətdir. 
       Əbu-Dabi görüşünün ABŞ vitse-prezidentinin Azərrbaycan və Ermınistana gözlənilən səfəri ərəfəsində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
       Birləşmiş Ərəb Əmirliklərinin neytral  mövqeyi şəraitində baş tutan Əbu-Dabi görüşü heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan liderlrinin  ikitərəfli görüşlərinin  sülhə və əməkdşlığa nə dərəcədə xidmət etdiyinin,belə görüşlərinin pozitiv yüklü nəticəliliyinin əyani vasitə kimi beynəlxal praktikada tətbiq üçün nə dərəcədə effektli olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirmək baxımından da çox əhəmiyyətlidir.
      Bu görüş Yekun Sülh Sazışinə doğru atılan çox zəruri,xoş məramlı və  bir real addımdır.Ona görə də beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallşmasna doğru atılan hər bir addım kimi, Əbu-Dabi görüşünün nəticələrini də dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən və əməkdaşlığın genişləndirilməsinə xidmət edən konsrtuktiv bir görüş kimi  dəyərləndirib,alqışladı.
Əli Məsimli
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31