Çinlə əməkdaşlıq ortaq regional problemlərin həlli imkanlarını əhəmiyyətli dərəcədə artırır - Ceyhun Bayramov
13:46 SiyasətAzərbaycanla ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) arasında mövcud əməkdaşlıq sahələri, o cümlədən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizlik və sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizmin və tolerantlığın təşviqi, eləcə də iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, ticarət və investisiya sahələrində əməkdaşlıq 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb.
Olaylar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Çin münasibətləri və hərtərəfli strateji tərəfdaşlığa dair "Global Times" nəşrinə müsahibəsində deyib.
Ceyhun Bayramov qeyd edib ki, bu çoxtərəfli çərçivələr çərçivəsində Çinlə əməkdaşlıq ortaq regional problemlərin həlli imkanlarını əhəmiyyətli dərəcədə artırır:
"Azərbaycan və Çin dialoqa əsaslanan yanaşmaları birgə təşviq edə bilərlər. Azərbaycanın regional diplomatiya sahəsindəki təcrübəsi və Çinin qlobal təsiri etimad quruculuğu səylərində qarşılıqlı şəkildə gücləndirilə bilər".