Fransa bütün dünyada separatizmi dəstəkləyir- ÖZƏL

"Fransa parlamentinin  Bakıda məhkəmə qarşısına çıxarılan separatçılarla bağlı qəbul etdiyi qərar E.Makronun və parlamentdəki digər partiyaların öz xalqını rüsvay etməsidir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Amma bu məntiqlidir. Çünki onların bu gün Bakıda məhkəmədə dindirilən separatçılardan fərqləri yoxdur. Fransa bütün dünyada separatizmi dəstəkləyir, dövlətlərin suverenliyini daraldır, müstəqilliklərinə təhdid təşkil edir. 
Ümumilikdə Fransanın bu qərarı Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalara hörmətsizlikdir. Fransa parlamenti yolda keçən karvanın yanında hürən canlılara bənzəyir. Əlləri Azərbaycan xalqının qanına batanlar layiqli cəzalarını alacaqlar və sizlər sabahdan etibarən bunu görəcəksiz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31