Filippin Parlamenti prezidentə qarşı impiçment ərizələrini rədd etdi- ÖZƏL
13:32 SiyasətFilippin Parlamentinin Aşağı Palatasının Hüquq Komitəsi Prezident Ferdinand Markos Jr.-a qarşı irəli sürülən iki impiçment ərizəsini rədd edib. Ərizələrdə ona korrupsiya, konstitusiyanın pozulması və ictimai etimada xəyanət ittihamları irəli sürülmüşdü. Olaylar.az xəbər verir ki, Filippinli hüquqşünas Andre de Xesus Markos Jr.-u keçmiş prezident Rodrigo Dutertenin "qaçırılmasına yardım etməkdə" və onu Beynəlxalq Cinayət Məhkəməsinə (BÇM) təhvil verməkdə ittiham etmişdi. Onun sözlərinə görə, bu proses Filipin hüquq sistemi kənarından həyata keçirilmişdi. Komitə prezidentə qarşı irəli sürülən ittihamları əsassız hesab edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31