İranla müharibə ehtimalı aradan qalxa bilər- ÖZƏL
13:15 Siyasət"Müharibənin başlayıb-başlamayacağı aparılan danışıqların gedişindən və nəticəsindən asılı olacaq. Əgər ABŞ-nin irəli sürdüyü şərtlər İran rejimi tərəfindən qəbul edilərsə, müharibə ehtimalı aradan qalxa bilər. Əks halda isə müharibə riski qaçılmaz görünür". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Lakin başqa bir mühüm məsələ də var ki, bu da İranda daxili etirazlar nəticəsində mövcud rejimin dəyişməsi ehtimalıdır. Artıq bir dəfə buna cəhd olundu, lakin İran rejimi müxtəlif metodlardan istifadə edərək bu etirazların qarşısını aldı. Bunun əsas səbəblərindən biri etirazların kütləvi və davamlı xarakter almaması idi. Lokal etirazlarla İran rejiminə ciddi təsir göstərmək, ona təzyiq etmək və ya rejimi dəyişmək olduqca çətindir. Bu proses bütövlükdə İranın bütün xalqlarını əhatə etməlidir. İran rejimi isə etirazları qəddar üsullarla yatırmaq gücünə malikdir və bunu bacardı".