Əbu-Dabi görüşü yeni razılaşmalara əsaslanır - ÖZƏL

"Əbu-Dabidə Azərbaycan prezidenti və Ermənistan baş naziri nümayəndə heyətinin iştirakı ilə görüşdü. Bu görüş Yekun sülh müqaviləsi istiqamətində etimadın artırılmasına və yerdə qalan məsələlərin həlli müstəvisində önəmlidir. İki ölkə arasında de-fakto sülh əldə olunub". Bunu "Olaylar"a politoloq Məhəmməd Əsədullazadə deyib: "Bu görüşdə bir neçə müzakirə edilməsi istisna deyil. Birinci, Ermənistan bu il ərzində Konustitusiya dəyişikliyinə getməlidir. İkinci, TRİP layihəsi-Zəngəzur dəhlizində işlər başlanmalıdır. Üçüncü, bu ilin axırına kimi -payizda sülh müqaviləsi bağlanmalıdır. Ermənistanda parlament seçkilərində N. Paşinyan qələbə əldə edəcəksə, sülh müqaviləsip payızda bağlanması mümkün görünür. 
Yaxın perspektivdə Türkiyə-Ermənistan sərhədləri açılacaq. Həmçinin yaxın günlərdə Azərbaycandan Ermənistana yeni jest olacaq. Həmçinin Türkiyədən yüklər Ermənistan ərazisindən keçib, Azərbaycana daxil olması istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31