TRIPP Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyadan Qərbə doğru maneəsiz tranziti təmin edəcək - Sercio Qor
11:57 Siyasət"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Qərbə doğru maneəsiz tranzitin təmin edilməsinə töhfə verəcək.
Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor Bişkekdə keçirilən "B5+1" biznes forumunda bildirib.
O qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi zirvə-görüşündən sonra ABŞ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun təşviqini davam etdirir:
"Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə və daha sonra Qərbə doğru maneəsiz tranzit əlaqələrinin qurulmasına xidmət edəcək. Bu, güclü, qarşılıqlı əlaqəli iqtisadiyyatların formalaşdırılması və regionda sülhün qorunması yolunda tarixi addımdır".
Xüsusi elçi vurğulayıb ki, Prezident Donald Tramp Mərkəzi Asiyanın qlobal ticarət və logistika əlaqəliliyində əhəmiyyətini dərk edir.
"Birləşmiş Ştatlar biznes üçün açıqdır. Biz sülhə və dünya üzrə əlaqələrimizin möhkəmləndirilməsinə açığıq. Məhz buna görə 2026-cı ildə C5 formatında ilk tədbirin 'B5+1' forumu olması son dərəcə vacibdir", - deyə Qor bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Bişkekdə forum çərçivəsində aparılacaq işlər Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin liderlərinin 2025-ci ilin noyabrında Vaşinqtonda keçirilmiş C5+1 sammiti zamanı üzərlərinə götürdükləri iqtisadi öhdəliklərin icrasına birbaşa töhfə verəcək.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Ermənistan" və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.