Fransa parlamenti Azərbaycandakı erməni məhbuslarla bağlı qətnamə qəbul edib – ÖZƏL

Fransa Milli Assambleyası Azərbaycanda saxlanıldığı iddia edilən erməni məhbusların azadlığa buraxılması çağırışı ilə qətnamə qəbul edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Nouvelles d'Arménie nəşri məlumat yayıb.

Qətnamə layihəsi çərşənbə axşamı plenar iclasda deputat Loran Vokye tərəfindən təqdim olunub. Sənədin lehinə iclasda iştirak edən bütün deputatlar 183 parlament üzvü səs verib.

Qətnamənin mətni Fransa-Ermənistan dostluq qrupunun təşəbbüsü ilə hazırlanıb.

Məlumatda bildirilir ki, Azərbaycanda 17 yanvar 2025-ci ildən etibarən "Arsax" adlandırılan bölgənin keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələri və digər erməni məhbuslara qarşı məhkəmə prosesi aparılır. Təqsirləndirilən şəxslər arasında Dağlıq Qarabağın keçmiş "prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "dövlət naziri" Ruben Vardanyan, keçmiş "müdafiə ordusu"nun komandanı Levon Mnatsakanyan, onun müavini David Manukyan, keçmiş "XİN rəhbəri" David Babayan və sabiq "parlament sədri" David İşxanyan da var.

Ruben Vardanyanın işi ayrıca icraata ayrılıb. Onun digər təqsirləndirilən şəxslərin işləri ilə birləşdirilməsi barədə vəsatətinə baxmayaraq, məhkəmə 422 cilddən 400-nün ayrıca araşdırılmasına qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31