Azərbaycan–Türkiyə birliyi regionda təhlükəsizliyin əsas dayağına çevrilib- ÖZƏL
10:50 SiyasətMillət vəkili Ceyhun Məmmədov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclası çərçivəsində Türkiyə nümayəndə heyətinin rəhbəri, professor Abdurrahim Dusak ilə görüşüb. Bu barədə "Olaylar"a bildirən millət vəkili qeyd edib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardıq: "Azərbaycan və Türkiyə arasında əlaqələr son illərdə iki ölkə Lideri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik rəhbərliyi və qarşılıqlı etimada əsaslanan siyasəti nəticəsində daha da güclənib, strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Tarix boyu Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olub. Bu dostluq və qardaşlıq münasibətləri təkcə ortaq tarix və mədəniyyət deyil, həm də milli ruh, ortaq dəyərlər və gələcəyə yönəlmiş strateji baxış üzərində qurulub.
Azərbaycan-Türkiyə birliyi bu gün regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayağına çevrilib. Qarşılıqlı dəstək, ortaq layihələr, iqtisadi, hərbi, enerji və humanitar sahələrdə əməkdaşlığımız qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkənin parlament diplomatiyası sahəsində də əlaqələrinin dərinləşməsi, ortaq mövqelərin beynəlxalq müstəvidə müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır".