Epşteynə məktublar yazırmış: “Mənimlə evlənin”

Yeni yayımlanan Epşteyn sənədləri göstərir ki, Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson 2010-cu ildə milyarder Ceffri Epşteynə "Xidmətinizdəyəm, mənimlə evlənin" sözləri yazılmış bir e-poçt göndərib.

"Qafqazinfo"  xəbər verir ki, bu, kral ailəsi ilə Epşteyn arasındakı əlaqələr barədə müzakirələri yenidən gündəmə gətirib.

Sara Ferqyuson və Ceffri Epşteyn arasındakı yazışmalar illərlə davam edib. Mesajlarda Ferqyuson Epşteynə təşəkkürünü bildirir, onun maliyyə və şəxsi dəstəyini qeyd edirdi. 2008-ci ildə uşaq istismarında ittiham olunmasına baxmayaraq, Epşteyn yüksək səviyyəli şəxslərlə, o cümlədən, Ferqyusonla əlaqələrini davam etdirib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni sənədlər diqqətləri yenidən Britaniya Kral ailəsinin üzərinə çəkib. Sənədlərdə York hersoginyası və Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson tərəfindən cinsi cinayətlərdə məhkum edilmiş Epşteynə göndərilən və geniş narazılığa səbəb olan e-poçt ortaya çıxıb.

Sənədlərdə Ferqyusonun 2010-cu ildə göndərdiyi e-poçtda Epşteynə "Mən sizin xidmətinizdəyəm, mənimlə evlənin" yazdığı göstərilib. Mesaj tərif dolu, intim və şəxsi tonla yazılıb.

Sənədlər göstərir ki, Ferqyuson və Epşteyn arasındakı əlaqə birdəfəlik hadisə olmayıb. Mesajlarda Ferqyusonun Epşteynə təşəkkür etdiyi, onun maliyyə və şəxsi dəstəyindən bəhs etdiyi, hətta ailəsi ilə bağlı təfərrüatı da paylaşdığı görünür.

Bu qalmaqallı yazışmalar göstərir ki, Epşteyn 2008-ci ildə uşaq istismarında ittiham olunmasına baxmayaraq, yüksək səviyyəli dairələrlə münasibətlərini davam etdirib. Ferqyusonun Epşteynlə davamlı əlaqəsi suallar doğurub: "Bu qədər yaxın münasibət necə qorunub saxlanılıb?"

Ferqyuson bəzi mesajların təzyiq altında yazıldığını iddia edib, lakin "evlilik" ifadəsinin olduğu elektron poçt müdafiəni bu iddianı əsassız edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31