Türkiyənin vasitəçilik missiyasının dönüş yaratmaq potensialı böyükdür- ÖZƏL

"ABŞ və İran arasında diplomatik səylərlə hərbi əməliyyatlara hazırlıq arasında zaman uğrunda yarış gedir. Bütün Körfəz dövlətlər tərəfindən dəstəklənən Türkiyənin vasitəçilik missiyasının razılaşma əldə olunmasında dönüş yaratmaq potensialı böyükdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Məhz Ankaranın balanslı mövqeyi Türkiyəyə real razılaşma formalaşdıran vasitəçi rolunu oynamaq imkanı verir. Əgər diplomatik cəhdlər vaxtında nəticə versə, region genişmiqyaslı qarşıdurmadan xilas ola bilər. Əks halda isə hərbi eskalasiya riski sürətlə artacaq və bunun nəticələri təkcə ABŞ və İranla məhdudlaşmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31