Ukrayna Ali Radası rekord qırdı: Təkrar seçilmədən ən uzun müddət fəaliyyət göstərən çağırış- ÖZƏL
15:34 SiyasətUkrayna Ali Radasının 9-cu çağırışı öz fəaliyyət tarixində misli görünməmiş rekorda imza atıb. Deputatlar təkrar seçilmədən ən uzun müddət işləyən parlament çağırışı kimi tarixə düşüblər. Olaylar.az xəbər verir ki, rəsmi parlament telekanalının canlı yayımı ilə 9-cu çağırış Ali Radanın 15-ci sessiyası açıq elan edilib. Qeyd olunur ki, indiyədək Ukrayna parlamentinin heç bir çağırışı 13-cü sessiyaya qədər fəaliyyət göstərə bilməmişdi.
Hərbi vəziyyətin davam etməsi səbəbindən hazırkı çağırış artıq 6 il 5 ay 5 gündür ki, fəaliyyət göstərir. Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin mütəmadi uzadılması nəticəsində nə parlament, nə prezident, nə də yerli seçkilər keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31