Avropa Şurasından Gürcüstana sərt xəbərdarlıq: Qrant qanununa etiraz – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl O'Flaherti Gürcüstanda 7 müxtəlif qanuna təklif edilən düzəlişlərlə bağlı ciddi narahatlığını ifadə edib. 

Yanvarın 28-də elan olunan bu dəyişikliklər "qrant" anlayışını həddindən artıq genişləndirərək, hökumətə və ya cəmiyyətə təsir göstərə biləcək hər növ maddi yardımı dövlət nəzarətinə almağı nəzərdə tutur.

Komissar bəyan edib ki, bu addımlar beynəlxalq hüquqa və toplaşmaq azadlığına ziddir. O, bu düzəlişlərin vətəndaş cəmiyyətinin legitim fəaliyyətini tamamilə dövlətin rəhbərliyi altına sala biləcəyini və demokratik həyata zərbə vuracağını vurğulayaraq, parlamenti bu qanun layihələrindən imtina etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31