Milli Məclis APA-ya sədrliyi dövründə bir sıra uğurlara imza atıb- ÖZƏL

"Azərbaycan Respublikasının Asiya Parlament Assambleyasına sədrlik dövrünün son saatlarında mühüm komitələrdən birində, yəni siyasi komitədə, İordaniya Haşimilər Krallığı sədrliyi öz üzərinə götürdü. Xatırladaq ki, Milli Məclis APA-ya sədrliyi dövründə bir sıra uğurlara imza atıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbər Rizvan Nəbiyev deyib: "Assambleyanın ali məqsədlərinin səmərəli parlament diplomatiyası vasitəsilə irəlilədilməsində Millli Məclisin və onun sədrinin göstərdiyi səylər yüksək qiymətləndirilib. Bu məqamların iki sənəddə-həm Plenar sessiyanın Manama Deklarasiyasında, həm də İcraiyyə Şurasının yekun sənədində-əks olunması, hesab edirəm ki, həm də qalib dövlətimizə göstərilən ehtiramdır. Belə ki, Manama Deklarasiyasında Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin təqdir olunması və alqışlanması Körfəz regionunda yaranmış hazırkı gərgin şəraitdə Azərbaycanın sülh təcrübəsinə əsaslanmaqla verilən sülh mesajı idi".
Qeyd edək ki, Milli Məclisin fevralın-2-də keçirilən yaz sessiyasının ilk plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti  arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" təsdiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31