“Epşteyn işi”: Klintonlar ifadə verməyə razılaşdılar
11:11 SiyasətABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin istintaqı ilə bağlı Konqres qarşısında ifadə verməyə razılaşıblar.
Axar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
"Bu addım onların əvvəllər məhkəməyə gəlməkdən imtina etdikləri üçün Konqresə hörmətsizlikdə ittiham olunmaları ilə bağlı səsvermədən bir neçə gün əvvəl atılıb.
Nümayəndələr Palatasının Nəzarət Komitəsi aylardır ki, onların ifadələrini tələb edir", - məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31