Sağlam gənclik gələcəyimizdir- ÖZƏL
16:35 Siyasət"Gənclərimiz ölkəmizin işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsində, müdafiəsi və təhlükəsizliyinin etibarlı qorunmasında, iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti və incəsənətinin inkişafında, bütövlükdə ictimai həyatının bütün sahələrində özünəməxsus yer tuturlar". Olaylar xəbər verir ki , bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Dövlətimiz də gənclərə xüsusi qayğı göstərir.
Xarici ölkələrin qabaqcıl universitetlərində təhsil alaraq və müxtəlif şirkətlərdə işləyərək qalib millətimizin gerçəklərini çatdıran gənclərlə fəxr etmək olar.
Müasir Azərbaycan gəncliyinin əsl siması intriqalardan, dedi-qodulardan, böhtanlardan uzaq, yaradıcı, dövlət milliyyətçisi olan savadlı, peşəkar, bacarıqlı, Vətənimizin sərhədlərini aşdıqdan sonra harada işləməsindən və təhsil almasından asılı olmayaraq yalnız milli-dövlət maraqlarımızı üstün tutan gənclərdir.
Sağlam gənclik gələcəyimizdir!"