Yoxlamaların dayandırılması müddəti yenidən uzadıldı

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılacaq.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.
Məlumat üçün bildirək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb. Bu müddət 2026-cı il yanvarın 1-də başa çatıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib./Unikal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31