Peskov: Fransanın Rusiya ilə əlaqə kanalı yaratmaq təşəbbüsü sağlam yanaşmadır-ÖZƏL

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın Rusiya ilə rabitə kanalı qurmaq ideyasını müsbət qiymətləndirib. Olaylar.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında dialoq üçün kanalların yaradılmasının "sağlam fikir" olduğunu bildirib.
"Ümumilikdə dialoq üçün kanalların zəruri olması fikri sağlam yanaşmadır. Biz də bu mövqeyi bölüşürük", - deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva avropalı tərəfdaşların hazır olduğu qədər geniş formatda dialoqa açıqdır. Peskovun sözlərinə görə, müxtəlif formatlarda ünsiyyətin dayandırılmasının təşəbbüskarı Rusiya olmayıb.
"Biz heç vaxt ünsiyyətin sıfırlanmasının təşəbbüskarı olmamışıq. Bunun təşəbbüskarı avropalılar idi. Əgər indi belə sağlam fikirlər yenidən gündəmə gəlirsə, biz bunu yalnız alqışlaya bilərik", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31