Azərbaycan ilə İordaniya arasında yeni saziş ratifikasiya edilib
13:27 SiyasətAzərbaycan ilə İordaniya arasında yeni saziş təsdiq edilib.
Olaylar xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31