Milli Məclisin işlər planı təsdiq edilib

Milli Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib. "Olaylar" xəbər verir ki, işlər planı parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib.

Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, "Uşaq hüquqları haqqında" və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub.

İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31